Infoteka.az
Dünya

İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 500-ə yaxınlaşır

İsrailin Livanın cənub və şərqindəki ərazilərə endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 492-yə çatıb, 1645 nəfər yaralanıb.

Bu barədə "Reuters" ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, hava hücumlarının qurbanları arasında 35 uşaq və 58 qadın da var.

Infoteka.az