“Dünya Fələstin Dövlətini tanımalıdır”.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyasında çıxışı zamanı bildirib.
O qeyd edib ki, Fələstini tanımayan digər dövlətlər də bu addımı ataraq bu gərgin dövrdə tarixin doğru tərəfində olmalıdır:
“Beynəlxalq sülh və təhlükəsizliyin 5 imtiyazlı ölkənin şıltaqlığına buraxılmayacaq qədər vacib olduğunun şahidi oluruq. Bunun ən dramatik nümunəsi Qəzzada 353 gündür davam edən qırğındır. Səhnə önündə Qəzzada atəşkəs üçün səylər göstərənlər pərdə arxasından İsrailə silah-sursat göndərməyə davam edir".