Infoteka.az
Sosial

Gələn il yaşıl büdcə xərclərində 16%-dən çox artım nəzərdə tutulub

Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib.

Bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetində keçirilən 2025-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, 2025-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsində deyib.

“Təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. 2025-ci ildə iqlim dəyişikliyi üzrə ayrılmış büdcə vəsaitləri də daxil olmaqla bütövlükdə yaşıl büdcə xərclərində 16%-dən çox artım nəzərdə tutulub”, - deyə Baş nazir bildirib.

Infoteka.az