Infoteka.az
Dünya

Makron fransızlara daha çox işləməyi tövsiyə edib

Fransa Prezidenti Emmanuel Makron fransızlara bildirib ki, böhran fonunda eyni həyat səviyyəsini saxlamaq və pensiya almaq üçün daha çox çalışmalı olacaqlar.

İnfoteka.az-ın məlumatına görə, o, bu fikri "France 2" telekanalına müsahibəsində bildirib.

Jurnalist dövlət başçısından fransızlara yüksək inflyasiya şəraitində alıcılıq qabiliyyətini necə saxlamaqla bağlı məsləhətlər verməsini xahiş edib. Fransa dövlətinin başçısı ona belə cavab verib: “Əgər uğur qazanmaq istəyiriksə, tərəqqi istəyiriksə, daha çox işləməyə başlamaqdan başqa çarəmiz yoxdur”.

Makron əlavə edib ki, kim daha çox işləyirsə, dövlət iş vaxtından artıq işlədiyi saatlara görə onu vergi ödəməkdən azad edəcək.

Infoteka.az