Almaniya və Ermənistanın xarici işlər nazirləri Annalena Berbok və Ararat Mirzoyan arasında Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində görüş baş tutub.
Ermənistan mətmuatına istinadən xəbər verir ki, tərəflər Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması ilə bağlı danışıqları müzakirə ediblər.
Həmçinin görüş zamanı ikitərəfli gündəlik və Ermənistan ilə Avropa İttifaqı (Aİ) arasında tərəfdaşlıq münasibətləri, eləcə də regional mövzular müzakirə edilib:
“Cənubi Qafqazda baş verən son hadisələr, habelə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması imkanları daxil olmaqla sülh prosesi ilə bağlı fikir mübadiləsi aparılıb”.
Siyasət