Bakının Binəqədi rayonunda 59 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
İnfoteka.az-ın report-a istinadən məlumatına görə, 1963-cü il təvəllüdlü Zeynalova Ofelya Əlövsət qızı yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qamış sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.