Infoteka.az
Sosial

4 il əvvəl yazılmağa başlayan TARİX– Böyük zəfərə gedən yolda İLK ADDIM

Artıq 4-cü ildir ki, xalqımız 44 günlük müharibənin şəhidlərini böyük hörmət və ehtiramla yad edir. Ötən üç ildə xalqımız bu günü təkcə hüzn günü kimi yox, həm də Böyük Qələbəyə gedən yolun başlanğıcı kimi qeyd edib. Lakin bu il mənzərə bir qədər fərqlidir. Bu il 27 sentyabrı xalqımız şəhidlərimizi ehtiramla anmaqla yanaşı, həm də Qarabağın separatçılardan tam təmizlənməsi, Böyük Qayıdışın günü kimi qürurla qeyd edir. Artıq Qarabağ sözün hər mənasında Azərbaycandır.

Böyük Qələbənin başladığı gün - 27 sentyabr

Qarabağın bütün guşələrində Azərbaycan bayrağının dalğalanmasının, ən nəhayət Ermənistan silahlı birləşmələrinin birdəfəlik ləğv edilməsinin təməli təbii ki, 27 sentyabr 2020-ci ildə qoyuldu.

Məhz həmin gün Azərbaycan xalqı və Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın müharibə ritorikalarına və yeni ərazi iddialarına qarşı ayağa qalxdı. Cəmi 44 gündə Azərbaycanın ərazi bütövlüyü bərqərar olundu.

30 illik həsrət, xəcalət hissi bitdi. Azərbaycan xalqı üçün yeni bir dövr başladı. Yeni qəhrəmanlıqların və uğurların sıralandığı sonrakı illərdə təkcə dədə-baba ocaqlarımıza qayıtmadıq, həm də dünyanı təəccübləndirməyi bacardıq.

- Dünyanın hərb tarixçiləri və səlnaməçiləri 44 günlük müharibəni gah “Ulduz müharibəsi”, gah da “PUA-ların döyüşü” adlandırdı.

- Dünyanın qüdrətli ordularına malik ABŞ, Almaniya, Böyük Britaniya, Rusiya və digər ölkələr 44 günlük müharibədə Azərbaycanın seçdiyi döyüş və hücum taktikasını öyrənməyə başladı.

- BMT, ATƏT kimi beynəlxalq təşkilatların 30 ildə həll edə bilmədiyi problemi Azərbaycan cəmi 44 gündə  həll etdi.

44 günlük müharibə bir sıra mifləri və iddiaları da darmadağın etdi. Ermənilərin son 200 ildə qurduqları dənizdən-dənizə “Böyük Ermənistan” xülyaları məhz sentyabrın 27-də dəfn edildi. Bu tarixədək ermənilər özlərini ari xalq hesab edirdilər. Və Avropanın bir sıra dövlətlərinə ərazi iddiaları irəli sürürdülər.

Bir zamanlar ermənilər hətta dünyanı idarə etmək iddiasına düşmüşdülər. Məhz sentyabrın 27 də bu sərsəm iddialar bir dəfəlik dəfn olundu. Nəticədə sivilizasiya “erməni xəstəliyi”ndən xilas oldu.

27 sentyabr dünyada “erməni xəstəliyi”ndən qurtuluş günüdür

Bu gün ruslar da, fransızlar da, amerikalılar da azərbaycanlılara minnətdar olmalıdırlar. Ona görə ki, Qarabağdan sonra “dirçəliş hərəkatı”, Cavaxetiyada, Krasnodarda, Marseldə və Kaliforniyada başlayacaqdı. Məhz sentyabrın 27-də dünya bu sərsəm iddialardan və xəstə təxəyüllərdən xilas oldu.

27 sentyabr regionun inkişafında yeni səhifə açdı

Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdikdən sonra Cənubi Qafqazda yeni geosiyasi mənzərə yarandı. Azərbaycan dünyaya yeni güc mərkəzi kimi doğdu. Bu gün Azərbaycan Avrasiyanın, dolayısı ilə dünyanın geosiyasi mənzərəsini dəyişdirəcək layihələr təqdim edir.

- 27 sentyabr son 100 ildə türk dünyasının ilk zəfər yürüşünün başlanğıcı gündür.

- “Artsax” və “Miatsum”un dəfn edildiyi gündür.

- Azərbaycanın bütün torpaqlarında üçrəngli bayrağımızın dalğalanacağının ilk müjdəsinin verildiyi gündür.

Bir sözlə 27 sentyabr bir millətin yenidən doğulduğu, tarixin yenidən yazıldığı gündür.

4 il öncə bu gün başlayan zəfər yürüşümüz sonrakı illərdə də davam etdi. Cəmi üç il sonra, yenə də sentyabr ayında baş tutan antiterror tədbirləri nəticəsində Qarabağdakı erməni separatizmi birdəfəlik tarixin tozlu səhifələrinə qovuşdu.

Artıq Qarabağ tam azaddır. 30 il əvvəl bu torpaqlardan didərgin düşənlər öz doğma yurdlarına qayıdır, Qarabağ yenidən qurulur. 27 sentyabrda təməli qoyulan ardıcıl zəfərlərimizin nəticəsində bu gün o müqəddəs torpaqlarda övladlarımız 1-ci sinifə gedir, tələbələrimiz universitet həyatına qədəm qoyurlar.

Ona görə də, son 4 ildə qazandığımız və bundan sonra qazanacağımız bütün uğurlar üçün biz 27 sentyabra hər zaman borclu olacağıq. Ona görə də deyirik ki, sağ ol, 27 sentyabr! Yaxşı ki, gəldin.

Infoteka.az