Hesab edirəm ki, bizim bu gün toplaşmağımız çox yaxşı əlamətdir. Bizim Zelenski ilə çox yaxşı münasibətlərimiz var. Mənim bildiyiniz kimi, Rusiya lideri Vladimir Putinlə çox yaxşı münasibətlərim var. Düşünürəm ki, seçkiləri qazansaq, bu münaqişəni çox tez bir zamanda həll edəcəyik”.
Bunu ABŞ prezidentliyinə namizəd Donald Tramp Nyu Yorkdakı “Tramp Tower”də Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü zamanı bildirib.
O, Ukrayna və Rusiya arasında danışıqlara ehtiyac olduğunu qeyd edib.
Trampın Putinlə münasibətlərlə bağlı sözlərinə cavab olaraq Zelenski “Məncə, bizim daha yaxşı münasibətimiz var” deyə şərh edib. Tramp isə öz növbəsində Zelenskiyə “Tanqo üçün iki nəfər tələb olunur” cavabını verib.
Dünya