Infoteka.az
Dünya

Ararat Mirzoyan Nyu-Yorkda KTMT xarici işlər nazirlərinin görüşünə QATILMADI

Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) xarici işlər nazirlərinin görüşü keçirilib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Telegram” kanalında məlumat verib.

Onun paylaşdığı fotoya əsasən, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan görüşdə iştirak etmir.

Infoteka.az