Infoteka.az
Sosial

Suraxanıda Anım Günü qeyd olunub

27 sentyabr - Anım günü ilə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsini yad etmək məqsədilə Fəxri xiyabanda şəhidlərin məzarı ziyarət olunub, Zığ qəsəbəsində ağacəkmə aksiyası keçirilib, eləcə də anım tədbiri təşkil olunaraq ehsan süfrəsi açılıb, şəhid ailələrinə ərzaq sovqatları paylanılıb.

Tədbirlərdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Milli Məclisin deputatları Afət Həsənova, Sevinc Fətəliyeva, Qaya Məmmədov, RİHB-nin müavinləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər iştirak ediblər.

İlk öncə Fəxri Xiyabanda Şəhidlərin məzarları ziyarət olununaraq gül dəstələri düzülüb, onların əziz xatirəsi ehtiramla yad edilib.

Daha sonra Zığ qəsəbəsi, Dədə Qorqud yaşayış sahəsində təşkil olunan ağacəkmə aksiyası çərçivəsində 200-ədəd Eldar şamı əkilib.

Ehsan süfrəsi ilə davam edən anım tədbirində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək şəhid ailələrinə dərin hüznlə başsağlığı verib, torpaqlarımızın düşmən tapdağından azad olunmasında canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyib.

O, bildirib ki, işğalda olan torpaqlarımızı geri qaytarmaq üçün Vətən müharibəsinə başladığımız 27 sentyabr tarixindən - xalqımızın Vətən həsrətinə son qoyaraq, qalib ölkənin vətəndaşı olmaq sevincini bizlərə yaşadan o tarixi gündən artıq 4 il keçir.

Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızın, şəhidlərimizin, qazilərimizin döyüş yolundan söz açan RİH başçısı xalqımızın onlarla fəxr etdiyini, qürur duyduğunu qeyd edib. Adil Əliyev bildirib ki, ölkə başçımızın Anım Gününün Respublika səviyyəsində qeyd olunması ilə bağlı imzaladığı müvafiq Sərəncam şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsidir.

Həmçinin, tədbirdə çıxış edən Milli Məclisin deputatları Afət Həsənova, Sevinc Fətəliyeva, Qaya Məmmədov Vətən müharibəsində Azərbaycan xalqının birlik nümayiş etdirərək, böyük Zəfərə imza atdığını və bu Qələbənin Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə hərbçilərimizin, o cümlədən gənclərin göstərdiyi şücaətin əsl vətənpərvərlik nümunəsi olduğunu diqqətə çatdırıblar.

Tədbirin sonunda şəhid ailələrinə ərzaq sovqatları paylanılıb.

Suraxanıda Anım Günü qeyd olunub
Suraxanıda Anım Günü qeyd olunub
Suraxanıda Anım Günü qeyd olunub
Suraxanıda Anım Günü qeyd olunub
Suraxanıda Anım Günü qeyd olunub
Suraxanıda Anım Günü qeyd olunub
Suraxanıda Anım Günü qeyd olunub
Suraxanıda Anım Günü qeyd olunub
Suraxanıda Anım Günü qeyd olunub
Infoteka.az