Baş rollarda Türkiyənin “Emmi” mükafatlı aktyoru Haluk Bilginer və dünyaşöhrətli aktrisa Ancelina Colinin rol aldığı “Mariya” filminin ilk treyleri yayımlanıb.
Bilginerlə Coli ilk dəfə filmin çəkilişlərində yan-yana görüntülənib.
Film yunanəsilli amerikalı opera müğənnisi Mariya Kallasın həyatından bəhs edir.
Ekran işində Ancelina Mariyanı, Haluk isə yunanıstanlı iş adamı, milyarder Aristotel Onassisi canlandırıb.
Noyabrın 27-də ABŞ kinoteatrlarında nümayiş etdiriləcək film dekabrın 11-də rəqəmsal platformalarda tamaşaçıların ixtiyarına buraxılacaq.
Qeyd edək ki, filmdə Mariyanın 1970-ci illərdə Parisdəki həyatından söz açılır. Aristotel Onassis öldürülən ABŞ Prezidenti Con Kennedinin həyat yoldaşı Jaklin Kennedi ilə evlənmək üçün (1968-1975-ci illər) Mariya Kallasdan ayrılır. Bu xəyanətdən sonra Kallas İtaliyaya, sonra isə Fransaya köçür.
Aristotel Onassis 1975-ci ilin martında 69 yaşında tənəffüs çatışmazlığından, Mariya Kallas isə 1977-ci ildə 52 yaşında ürəktutmadan vəfat edib.