"Bakı Metropoliteni" QSC-nin "Həzi Aslanov" və "28 May" stansiyaları arasında qatarlar 2 dəqiqə, "28 May" və "İçərişəhər", eləcə də "28 May" və "Dərnəgül" stansiyaları arasında isə 4 dəqiqə intervalla hərəkət edir.
İnfoteka.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin sədr müavini Hidayət Məmmədov qatarlararası intervalın çox olması iddialarına cavab verərkən bildirib.
"Ləngimə yalnız sərnişinlər qapını tutub saxladıqda ola bilər", - o deyib.