Avropa İttifaqının (Aİ) müşahidəçiləri İrəvana gəldikdən sonra Ermənistan-Azərbaycan sərhədi boyunca ilk şərti patrul xidmətinə gediblər.
İnfoteka.az report-a mətbuatına istinadən xəbər verir ki, bu barədə Avropa Müdafiə Agentliyi tviterdə məlumat yayıb.
Bildirilib ki, missiyanın işi iki ay üçün nəzərdə tutulub: "Növbəti iki ay ərzində Aİ-nin Müşahidə Missiyası etimad mexanizmlərini gücləndirmək və sərhəd komissiyalarının işinə töhfə vermək üçün Ermənistan tərəfdən Ermənistan-Azərbaycan sərhədində vəziyyətin monitorinqini aparacaq”.
Xatırladaq ki, Aİ missiyasının Ermənistan-Azərbaycan sərhədinə göndərilməsi fikri Avstriya, Litva və Rumıniya tərəfindən irəli sürülüb. Oktyabrın 17-də Aİ xarici işlər nazirləri Lüksemburqda keçirilən görüşdə 40 müşahidəçinin göndərilməsini rəsmən təsdiqləyiblər.