Infoteka.az
Siyasət

İranın xarici işlər naziri Livana səfər edib

İranın xarici işlər naziri Abbas Əraqçi Livan rəsmiləri ilə görüşlər keçirmək üçün Livanın paytaxtı Beyruta səfər edib.

Bu barədə “Tasnim” məlumat yayıb.

Məlumatda bildirilib ki, Abbas Əraqçinin Livanın baş naziri Nəcib Mikati və parlamentin spikeri Nəbih Berri ilə görüşəcəyi gözlənilir. Onun Livandakı son hadisələri və regional vəziyyəti müzakirə edəcəyi gözlənilir.

Infoteka.az