Infoteka.az
İdman

"Dalia Kutkaite Cup" beynəlxalq turnirində beş medal

Bədii gimnastika üzrə "Dalia Kutkaite Cup" beynəlxalq turniri başa çatıb. Gimnastlarımız Litvanın Vilnüs şəhərində keçirilən yarışda uğurlu çıxış ediblər.

Bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Komandamız beş medal qazanıb. Məryəm Baloğlanova gürzlərlə hərəkətlərin icrasında qızıl, toplarla çıxışında isə bürünc medal qazanıb. Azadə Atakişiyevanın qazandığı hər üç medalın əyarı gümüş olub. O, çoxnövçülük proqramı ilə yanaşı, halqa və toplarla hərəkətlərin icrasında ikinci yeri tutub.

Qeyd edək ki, Azərbaycan millisi yarışa məşqçilər Valentina Ukleina və Nəzrin Cəfərzadənin rəhbərliyi altında yollanıb.

Infoteka.az