Infoteka.az
Dünya

Qazaxıstanda AES tikintisinə dair referendum baş tutub

Bu gün Qazaxıstanda ölkədə atom elektrik stansiyasının (AES) tikintisinə dair keçirilən referendumda seçicilərin 50 faizindən çoxu səs verib.

Bu barədə Qazaxıstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Yerlli vaxtla saat 14.00-a qədər seçicilərin 51,77 faizi səs verib.

Beləliklə, 50 faizlik baryer aşıldığına görə artıq referendum baş tutmuş sayılır.

Infoteka.az