Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın ictimaiyyət qarşısında son çıxışları getdikcə daha uzun və daha çox çılğınlaşır.
“The New York Times“ (NYT) bunun, idrak qabiliyyətinin azalmasının əlaməti ola biləcəyini yazıb.
Jurnalistlər Trampın çıxışlarını qiymətləndirmək üçün kompüter analizindən istifadə ediblər. Nəticədə onun 2015-ci ildə siyasi səhnəyə ilk çıxmasından sonra aparılan təhlillər nəticəsində dəyişiklik əlamətləri aşkarlanıb.
"O, həmişə ziddiyyətli və çox vaxt həqiqətdən uzaq idi, lakin zaman keçdikcə onun çıxışları daha qaranlıq, daha sərt, uzun, qəzəbli, daha az diqqət mərkəzində oldu", - deyə nəşr bildirib.
Qəzet Trampın səhhətinin onun kampaniyasının cavab vermək istəmədiyi suallar doğurduğunu bildirib.
Yazıda ürəklə bağlı risklərə, iyuldakı sui-qəsd cəhdinin mümkün nəticələrinə və yaşa görə təbii olan zehni qabiliyyətlərin azalmasına diqqət çəkilib.