Maliyyə piramidasının tarixi çox qədimdir, amma beynəlxalq səviyyədə 1919-cu ildə tanınıb.
İtaliyadan olan mühacir Çarlz Ponzi ABŞ-də ilk dəfə maliyyə piramidasını yaradıb və "Ponzi" adı ilə məşhurlaşıb.
İqtisadçı Xalid Kərimli bildirib ki, Azərbaycanda da "Ponzi" piramidasının bir çox növünə rast gəlinib.
Məsələn, 90-cı illərdə kommersiya banklarının yüksəkfaizli əməliyyatları, yüz dollara muncuqdüzmə və digər şəbəkələr buna misal ola bilər.
Sxem isə çox sadədir, burada heç bir alqı-satqı həyata keçirilmir, piramidaların gəliri yalnız ora qoşulan insanların vəsaitləri hesabına formalaşır.