Infoteka.az
Hadisə

Nepalda beş rusiyalı alpinist ölüb

Nepalda yerləşən Dhaulagiri zirvəsinə (8 167 metr) qalxmağa çalışan beş rusiyalı alpinist ölüb.

Alpinistlər Aleksandr Duşeyko, Oleq Kruqlov, Vladimir Çistikov, Mixail Nosenko və Dmitri Şpilevoy oktyabrın 6-da Dhaulagiri dağını fəth etməyə cəhd edərkən itkin düşüblər.

İki gün sonra onlar ölü vəziyyətdə tapılıb.

Rusiyalı alpinistlərin meyitləri xilasedici helikopter vasitəsilə 7100 metr yüksəklikdə aşkar edilib.

Alpinistlər səhər saat 6:00-da zirvəyə qalxmaq üçün hündürlükdəki düşərgəni tərk etdikdən sonra onlarla əlaqə kəsilib.

Onlar 7600 metr hündürlükdən yıxıldıqları güman olunur.

Rusiyanın Nepaldakı səfirliyi rusiyalı alpinistlərin ölümü ilə bağlı məlumatın daxil olduğunu təsdiqləyib.

Infoteka.az