ABŞ Tayvanı hərbi yardım və silahlarla təmin etməyə davam edərək onu addım-addım müharibənin təhlükəli həddinə doğru itələməyə sövq edir.
Bunu Çin Xalq Respublikası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi U Tsyan bildirib.
Onun sözlərinə görə, bu, “Vahid Çin” prinsipinin və üç Çin-Amerika birgə kommünikesinin kobud şəkildə pozulmasıdır.
“Bu, Çinin suverenliyini və təhlükəsizlik maraqlarını ciddi şəkildə təhdid edir və Tayvan boğazında sülh və sabitliyi pozur”, - nazirlik rəsmisi vurğulayıb.