Noyabrda keçirilməli olan II Ukrayna Sülh Sammiti təxirə salınıb.
Bunu Ukraynanın Prezident Ofisinin rəhbərinin müşaviri Darya Zarivnaya deyib.
Onun sözlərinə görə, yekun tarixlə bağlı qərar sülh formulunun müddəaları üzrə müzakirələr başa çatdıqdan sonra veriləcək.
Qeyd edək ki, bir müddət əvvəl bu zirvə görüşünün noyabr ayında təşkil olunacağı bildirilmişdi.