Azərbaycanın Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı olacaq.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin MDB sammitində bildirib.
Onun sözlərinə görə, Laçın şəhərindən sonra MDB-nin mədəniyyət paytaxtı statusu ardıcıllıqla Ermənistanın Mehri və Belarusun Molodeçno şəhərlərinə veriləcək.
“Biz hər il birliyin mədəniyyət paytaxtını seçirik və bu, bütün ölkələrimizin vətəndaşlarının böyük marağına səbəb olan canlı, yaradıcı və humanitar tədbirlərin mərkəzinə çevrilir. Bizim razılığımızla estafeti Azərbaycanın Laçın şəhəri, sonra 2026-cı ildə Ermənistanın Mehri, 2027-ci ildə isə Belarusun Molodeçno şəhəri qəbul edəcək”, - Rusiya Prezidenti qeyd edib.