Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 1 milyon 963 min 361 xarici vətəndaş gəlib.
Bu barədə Dövlət Turizm Agentliyindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30% çoxdur.
Cari ilin sentyabr ayında ölkəyə 235 329 nəfər gəlib. Bu isə illik müqayisədə 22% çoxdur.
Ay ərzində Azərbaycana ən çox turist 62 591 nəfər olmaqla Rusiyadan gəlib. İkinci yerdə Türkiyə (38 661 nəfər), üçüncü yerdə isə Hindistan (19 957 nəfər) qərarlaşıb.
Bu dövrdə ölkəyə İrandan 17,7 min, Gürcüstandan 10,8 min, Pakistandan 7,8 min, Qazaxıstandan 7,3 min, Səudiyyə Ərəbistandan 6,9 min, Çindən 6,1 min, Birləşmiş Ərəb Əmirliklərindən 4,3 min, Özbəkistandan 4,2 min, İsraildən 3,4 min, Ukraynadan 3,4 min, Türkmənistandan 3 min, ABŞ-dən 2,6 min turist gəlib.