Infoteka.az
Siyasət

Bayden Berlində Almaniya, Fransa və Britaniya liderləri ilə görüşəcək

ABŞ prezidenti Co Bayden oktyabrın 12-də Berlinə səfəri zamanı Almaniya, Fransa və Böyük Britaniya liderləri ilə Yaxın Şərq və Rusiya-Ukrayna münaqişələrinin müzakirəsini planlaşdırır. 

Bu barədə məlumatı “Agence Franse-Presse” yayıb.

Bildirilib ki, müzakirələrdən sonra liderlər “Rammstein” hərbi bazasına gedərək, Ukrayna lideri Vladimir Zelenskinin və 50 tərəfdaş dövlətinin iştirakı ilə bu ölkəyə hərbi dəstək məsələsini nəzərdən keçirəcək.

Sözü gedən görüşə Ukraynanın 50 beynəlxalq tərəfdaşı qatılacaq. 

Ağ Ev rəhbərinin Almaniyaya səfəri zamanı həmkarı Frank-Valter Ştaynmayer ilə də müzakirələri nəzərdə tutulub. 

Qeyd edək ki, sonuncu belə görüşdə Zelenski Rusiya ordusunun həmlələrindən etibarlı müdafiə üçün müttəfiqlərin əlavə silah-sursat tədarükünə ehtiyac yarandığını açıqlayıb.

Infoteka.az