Infoteka.az
Dünya

Tramp ABŞ vətəndaşlarını öldürən miqrantlara ölüm cəzasının verilməsini müdafiə edib

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp hesab edir ki, miqrantlar Amerika vətəndaşlarını öldürdükləri üçün ölüm cəzasına məhkum edilməlidir.

Keçmiş prezident bunu Nevada ştatının Reno şəhərində tərəfdarları qarşısında çıxış edərkən deyib.

“Mən əcnəbilərdən ibarət qrupların bütün üzvlərini toplayacağam, onları həbs edəcəklər və ya ölkəmizdən qovacaqlar ki, bir nəfər də qalmasın. Biz bu əməliyyatı “Avrora” adlandıracağıq. Birləşmiş Ştatlara qayıtdıqda, şərti azadlığa buraxılma imkanı olmadan avtomatik olaraq 10 il həbs cəzası alacaqlar. Mən Amerika vətəndaşını və ya hüquq-mühafizə orqanının əməkdaşını öldürən hər bir miqrant üçün ölüm cəzasının verilməsini dəstəkləyirəm”, - Tramp vurğulayıb.

Infoteka.az