Amerikanın “Boeing” korporasiyası biznes çətinlikləri səbəbindən yaxın aylarda rəhbər işçilər də daxil olmaqla bütün işçi qüvvəsinin 10%-ni ixtisar edəcək.
Bu barədə şirkətin saytında məlumat yerləşdirilib.
“Önümüzdəki aylarda biz bütün işçi qüvvəmizin sayını təxminən 10% azaltmağı planlaşdırırıq. Bu ixtisarlar rəhbərlərə, menecerlərə və işçilərə təsir edəcək”, - məlumatda deyilir.