İsrailin Baş naziri Benyamin Netanyahu BMT-nin baş katibi Anatoni Quterreşi öz təhlükəsizlikləri üçün Livanın cənubundakı döyüş bölgəsindən sülhməramlıları çıxarmağa çağırıb: “Bu, indi, dərhal edilməlidir”.
Bu barədə yerli mediada məlumat yayılıb.
BMT-nin Livandakı qüvvələri 48 ölkədən 11 minə yaxın əsgər və mülki işçidən ibarətdir. Onlar həmin məkana BMT Təhlükəsizlik Şurasının 1978-ci il mart tarixli qətnaməsinə uyğun olaraq yerləşdirilib.
Qeyd edək ki, BMT-nin Livandakı Müvəqqəti Qüvvələri İsrailin tövsiyələrinə baxmayaraq, ölkənin cənubundakı mövqelərini tərk etməkdən imtina edib. Sülhməramlı qüvvələrin sözçüsü Andrea Tenenti bu barədə France-Presse agentliyinə müsahibəsində bildirib.
“İsrail ordusu bizdən Mavi xətt (Livan və İsrail arasındakı sərhəd, orada yerləşən BMT sülhməramlılarının dəbilqələrinin rənginə görə adlandırılıb) boyunca mövqelərimizi tərk etməyimizi xahiş edib. Lakin biz yekdilliklə qalmağa qərar verdik, çünki bu ərazidə BMT bayrağı dalğalanmalıdır” - o deyib.