Xəbər verdiyimiz kimi, oktyabrın 4-də Qazaxıstanın Almatı vilayətinin Talqar şəhərində bir qrup gənc arasında dava baş verib.
Münaqişə nəticəsində 16 yaşlı Şerzat Bolat bıçaq yarası alaraq həlak olub, daha iki nəfər ağır bədən xəsarəti alıb. Polis hadisəni törətməkdə şübhəli bilinən yeddi nəfəri saxlayıb.
Bununla bağlı əraziyə Qazaxıstan Daxili İşlər Nazirliyinin Milli Qvardiyasının əsgərləri cəlb edilib.
Oktyabrın 12-də isə Enbekşiqazax rayonunun Azat kəndində Talqarda həlak olan yeniyetmə Şerzat Bolatın ailəsinə məxsus ev yanıb.
Fövqəladə Hallar Nazirliyi yanğın zamanı xəsarət alanların olmadığını bildirib.
Hazırda Şerzat Bolatın ailəsi xüsusi mühafizə edilib.
Dünya