Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrell BMT-nin Baş katibi Antonio Quterreşə qarşı ittihamları birmənalı şəkildə rədd edib.
Bu barədə Cozef Borrell “X” platformasındakı paylaşımında bildirib.
“Ona qarşı edilən antisemitizm ittihamları böhtan xarakterlidir və hər kəsə xatırlatmaq istəyirəm ki, BMT-nin sülhməramlı missiyalarına BMT Baş Katibi deyil, BMT Təhlükəsizlik Şurası qərar verir”- deyə Borrell paylaşımında bildirib.