Rusiya Xarici İşlər Nazirliyi Dövlət Dumasının deputatı Konstantin Zatulin və ölkənin aparıcı informasiya agentliyinin rəhbəri Marqarita Simonyanın Ermənistana girişinə qadağa qoyulması məsələsinin aydınlaşdırılması üçün rəsmi İrəvana müraciət edilib.
İnfoteka.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
Onun sözlərinə görə, məlumat təsdiqlənəcəyi təqdirdə Moskva ilə İrəvan arasında dostluq və müttəfiqlik münasibətlərinə uyğun hərəkət kimi qiymətləndirilməyəcək.
Qeyd edək ki, K.Zatulin və M.Simonyan Ermənistan üçün persona-non-qrata elan olunub. M.Simonyan İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın baş naziri Nikol Paşinyana müraciət edərək teleqram kanalında yazmışdı: “Cəhənnəmdə yan, ifritə! Cəhənnəmdə yan, ey əclaf! Cəhənnəmdə yan, ey əclaf!"