Infoteka.az
Dünya

Peskovdan Putinin səhhəti ilə bağlı suallara cavab

“Rusiya Prezidenti Vladimir Putinin səhhətində heç bir problem yoxdur”.

Bunu TASS-a Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin Mərkəzi Klinik Xəstəxanada müntəzəm müayinələrlə bağlı açıqlamasını şərh edərkən deyib.

Peskovun sözlərinə görə, Putinin müayinələri profilaktik xarakter daşıyır.

“Vladimir Putinin Mərkəzi Klinik Xəstəxanada qeyd etdiyi müayinələr adi gündəlik tibbi profilaktikadır. Açıqlamada müntəzəm tibbi müayinələri nəzərdə tutulub”.

Qeyd edək ki, Putin ötən gün ölkənin səhiyyə naziri Mixail Muraşko ilə söhbəti zamanı Mərkəzi Klinik Xəstəxanada aparılan müayinələrdən bəhs edib.

Putin qeyd edib ki, o, müntəzəm olaraq Mərkəzi Klinik Xəstəxanada tibbi müayinədən keçir.

Infoteka.az