Infoteka.az
İqtisadiyyat

İsveç Ukraynaya 30,41 milyon dollar verdi - Bu sahəyə xərclənəcək

İsveç qış mövsümü ərəfəsində enerji sektorunun bərpası üçün Ukraynaya 320 milyon kron (30,41 milyon dollar) ayırıb.

Həmin vəsait Kiyevə Skandinaviya-Baltik birgə yardım paketi çərçivəsində veriləcək.

“Ukraynanın enerji sektoruna dəstək üçün vacib olan yardım paketi cəmiyyətinin həyat qabiliyyətini təmin etməyə və evləri isitməyə kömək edəcək”, - deyə İsveçin xarici ticarət və əməkdaşlıq naziri Benyamin Dusa mətbuata açıqlamasında bildirib.

2022-ci ilin fevral ayından bəri İsveç Ukraynaya 57,4 milyard kron (5,45 milyard dollar) məbləğində vəsait ayırıb. Həmin vəsaitlər humanitar, hərbi, iqtisadi sahələrə, yenidənqurma və islahatlara xərclənib.

Son paket nəzərə alınarsa, İsveçin Ukraynanın enerji təchizatına dəstəyi 2,1 milyard krona (199,5 milyon dollar) çatıb.

Infoteka.az