Dünya Bankı Cənubi Qafqaz üzrə iqtisadi artım proqnozunu iyun ayı proqnozu ilə müqayisədə 1,1 faiz bəndi yaxşılaşdıraraq 4,6%-ə kimi artırıb.
Bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunun iqtisadi perspektivlərinə dair hesabatında bildirilib. Qeyd edilib ki, Qafqaz ölkələrində iqtisadi artım Avropa və Mərkəzi Asiya (ECA) subregionu üzrə ən yüksək proqnozdur.
DB-nin hesabatında bildirilib ki, Azərbaycanda böyük dövlət investisiyaları hesabına artım 2023-cü ilə nisbətən əhəmiyyətli dərəcədə artacaq.
"Ermənistan və Gürcüstanda artımın ev təsərrüfatlarının istehlakı, investisiya və dövlət xərcləri hesabına potensial səviyyədən xeyli yuxarı qalacağı gözlənilir. Ermənistanda iqtisadi artım 2023-cü ildəki 8,3%-dən bu il 5,5%-ə enəcək. Ermənistanda qismən miqrasiyanın normallaşması, turist axını və Rusiya Federasiyasından pul köçürmələrinin daxil olması iqtisadiyyata təsir edəcək"- hesabatda əlavə edilib.