Infoteka.az
Siyasət

Ceyhun Bayramov: Regionda davamlı sülh üçün Ermənistan konstitusiyasına dəyişiklik etməlidir

Azərbaycan region ölkələri ilə ümumi çağırışların qarşısının alınması üçün konsepsiya hazırlayıb.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbulda “3+3” formatındakı görüşdə bildirib.

O qeyd edib ki, regionda davamlı sülh üçün Ermənistan Konstitusiyasına dəyişiklik etməlidir.

“Azərbaycan region ölkələri ilə təhlükəsizlik, iqtisadiyyat, ticarət, energetika, nəqliyyat, rabitə və ətraf mühit sahəsində ümumi çağırışların qarşısının alınması üçün konsepsiya hazırlayıb.

Postmünaqişə dövrü kimi kritik məqamda regionda dayanıqlı və davamlı sülhün təmin olunması üçün artıq arxada qalmış münaqişənin nəticələrinin konstitusiya dəyişiklikləri yolu il aradan qaldırılması vacibdir”, - XİN rəhbəri vurğulayıb.

Infoteka.az