Kanada Ukraynaya 47 milyon ABŞ dolları həcmində silah-sursat göndərəcək.
Bunu Kanadanın müdafiə naziri Bill Bler açıqlayıb.
O deyib ki, hökumətin iyulda Ukraynaya ayırdığı 500 milyon dollar vəsaitin hesabına maliyyələşdiriləcək hərbi yardım paketinə silah-sursat və sirehli vasitələr daxildir. Kanadalı nazirin sözlərinə görə, rəsmi Ottavanın əsas məqsədi müharibədə Ukraynanın qələbəsini təmin etməkdən ibarətdir.
Qeyd edək ki, ötən ay Kanada 80 min 840 ədəd “hava-yer” tipli raket, eləcə də 1300 ədəd döyüş başlığı veriləcəyini açıqlayıb.