Infoteka.az
Dünya

Putin BRICS-in vahid valyutası ilə bağlı açıqlama verib

"BRICS ölkələrinin vahid valyutasının yaradılması məsələsi hələ nəzərdən keçirilmir, hələ bunun vaxtı deyil".

Bunu Rusiya Prezidenti Vladimir Putin BRICS ölkələrinin media rəhbərləri ilə görüşündə deyib.

"BRICS-in vahid valyutasına gəlincə, hazırda biz bu məsələni nəzərdən keçirmirik, hələ bunun vaxtı da deyil. Çox diqqətli olmalıyıq, burada biz tədricən, tələsmədən hərəkət etməliyik", - Rusiya lideri qeyd edib.

Infoteka.az