Infoteka.az
Siyasət

İsrailin İrana hücum planları üzə çıxdı

ABŞ-da İsrailin İrana hücum planları ilə bağlı kəşfiyyat məlumatları mətbuata sızdırılıb.

Bu barədə CNN telekanalı yayıb.

Mənbə qeyd edir ki, 15 və 16 oktyabr tarixli "tam məxfi" sənədləri "Middle East Spectator" "Telegram" kanalında dərc edildikdən sonra internetdə yayılmağa başlayıb. 
 

Sənədlərdəki məlumatlara əsasən, yalnız Avstraliya, Böyük Britaniya, Kanada, Yeni Zelandiya və ABŞ-ın daxil olduğu "Beş Göz" alyansına aid olan ölkələr bu sənədlərlə tanış olacaq. 


Sənədlərin birində yazılıb ki, İsrailin sursat daşıması İrana zərbəyə hazırlıq işarəsi kimi nəzərdə tutulub.

Infoteka.az