Infoteka.az
Hadisə

İsrail ordusu Qəzza və Livana 175 zərbə endirdi

İsrail ordusu son 24 saat ərzində Qəzza zolağı və Livanda HƏMAS və "Hizbullah" ilə əlaqəli 175 hədəfə zərbə endirib.

Bu barədə ordunun mətbuat xidmətinə istinadən xəbər verir.
 

"Son sutka ərzində Hərbi Hava Qüvvələri Qəzza zolağında və Livanda təxminən 175 terrorçu hədəfə zərbələr endirib, vurulan hədəflər arasında HƏMAS və "Hizbullah" terror təşkilatlarının silah anbarları, atəş mövqeləri və terror infrastrukturu olub", - ordunun məlumatında deyilir.


Qeyd olunur ki, İsrail hərbçiləri Fələstin anklavının şimal, cənub və mərkəzi hissələrində əməliyyatları davam etdirir.

"Qəzza zolağının cənub hissəsində hərbi qulluqçular ərazidə fəaliyyət göstərən terror qruplaşması aşkar edib və Hərbi Hava Qüvvələri ilə əməkdaşlıq edərək, yaxın döyüşlər zamanı bir qrup terrorçunu məhv ediblər", - deyə mətbuat xidməti vurğulayıb.

Infoteka.az