Moldova Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ölkənin Avropa Birliyinə (AB) daxil olmasının tərəfdarları və əleyhdarları protokolların 97,6% -nin emal edilməsindən sonra bərabər olub.
Qaqauziyada referendum iştirakçılarının 94,84, Dnestryanıda 62.56 faizi AB-yə qoşulmağa qarşı səs verib.
Bununla bağlı hazırkı prezident Mayya Sandu açıqlama verib. O, səslərə görə mütəşəkkil cinayətkar qrupu və xarici qüvvələri günahlandırıb və bunu demokratiyaya misilsiz hücum kimi dəyərləndirib.
Yeri gəlmişkən, prezident ilk turu qazana bilməyib. O, səsvermənin 38% -ni qazanıb. Tələb olunan isə 50 faizdən yuxarıdır. Onun ən yaxın rəqibi 28,7% səs toplayıb.
Nətiəcələrə əsasən, prezident seçkilərinin ikinci turun noyabrın 3-də baş tutacaq.