Oktyabrın 21-nə keçən gecə Rusiya ordusu “Şahed” tipli hücum pilotsuz uçuş aparatları (PUA) ilə növbəti dəfə Kiyevə kütləvi hücum edib.
Kiyevdə partlayış səsləri eşidilib. Ukraynanın hava hücumundan müdafiə sistemi işə düşüb.
Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popkonun yaydığı məlumata görə, zərərsizləşdirilən PUA-ların qalıqları evlərə ziyan vuraraq yanğına səbəb olub, xəsarət alan var.
Bildirilib ki, Rusiyanın 10-a yaxın PUA-sı müxtəlif istiqamətlərdən paytaxta yaxınlaşıb.
Dağıntılar, xüsusilə, şəhərin Dnepr, Qoloseyevski və Solomenski rayonlarında qeydə alınıb.
Hadisə