Infoteka.az
Siyasət

ABŞ Ukraynada korrupsiya ilə mübarizəyə 5 milyon dollar ayıracaq

ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya Kiyevə səfəri zamanı Ukraynada korrupsiya ilə mübarizə üçün qrant olaraq 5 milyon dollar ayrıldığını açıqlayıb. 

Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı yazılı məlumatda deyilir.

Zeya həmçinin bildirib ki, Dövlət Departamenti bundan başqa ukraynalıları dəstəkləmək üçün Beynəlxalq Miqrasiya Təşkilatına 2 milyon dollar, habelə BMT-nin Ukraynada qadınların vəziyyətinin yaxşılaşdırılması proqramına 2 milyon dollar ayırıb.

Zeya Kiyevdə baş nazirin Avropa və Avro-Atlantik inteqrasiya üzrə müavini - ədliyyə naziri Olqa Stefanişina, veteranlarla iş üzrə nazir Nataliya Kalmıkova, həmçinin Ukrayna Milli Antikorrupsiya Bürosunun və İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğunun rəhbərliyi ilə görüşüb.

Infoteka.az