"İrəvan "3+3" formatını Bakı ilə danışıqlar üçün platforma hesab etmir, lakin region ölkələri ilə işləməyə davam edəcək".
Bu barədə Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan parlamentdə bildirib.
"Masada belə bir təklif yoxdur. Hətta olsa belə, biz buna müsbət reaksiya verməyi məqsədəuyğun hesab etmirik, çünki Azərbaycanla həm sülh müqaviləsi, həm də delimitasiya üzrə ikitərəfli danışıqlar formatımız mövcuddur", - deyə o bildirib.