Infoteka.az
Dünya

Lukaşenko növbəti prezident seçkisində iştirak edəcəyini bəyan edib

Belarus Prezidenti Aleksandr Lukaşenko 2025-ci ilin yanvarında keçiriləcək prezident seçkisində namizədliyini irəli sürəcəyini bəyan edib.

Bu barədə TASS-a istinadən məlumat verir.

"Bəli, iştirak edəcəyəm", - deyə o, "Rossiya-1" kanalında yayımlanan "60 dəqiqə" proqramının aparıcısı Olqa Skabeyevanın müvafiq sualına cavab verib. Müsahibədən çıxarışı O.Skabeyeva öz "Telegram" kanalında paylaşıb.

Infoteka.az