“Bu ilin 9 ayında Azərbaycanda elektrik mühərrikli nəqliyyat vasitələrinin sayı 60 faiz artıb”.
Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov “Gələcək üçün dayanıqlı nəqliyyat” tədbirində bildirib.
O, qeyd edib ki, bu artımın dəstəklənməsi məqsədilə elektrikdoldurma məntəqələrinin inkişafı diqqət mərkəzindədir:
“Hazırda ölkə üzrə quraşdırılmış 184 elektrikdoldurma məntəqəsi var. Azərbaycan son illər dayanıqlı nəqliyyat sektorunun yaradılmasında böyük addımlar atıb. Rəqəmsallaşdırma nəqliyyat keyfiyyətinin yüksəldilməsi üçün böyük rol oynayır.
Paris sazişinə qoşulan ölkə kimi daha dayanıqlı gələcək üçün konkret addımların atılmasını vacib hesab edirik. Qarşıdan gələn ildə dəmir yolunun 7 yeni qatarla yenilənməsi aparılan işlərin təzahürüdür. Azərbaycan hökuməti hərəkət təhlükəsizliyinin təmin olunması, ekoloji təmiz nəqliyyat vasilərindən istifadə edilməsi və sair layihələri həyata keçirəcək”.