Kazan şəhərində XVI BRICS Sammitinin "Outreach"/"BRICS+" formatında iclasından öncə liderlərin qeyri-rəsmi görüşü olub.
Bununla bağlı Rusiya KİV məlumat yayıb.
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Belarus Prezidenti Aleksandr Lukaşenko, Laos Prezidenti Thonqlun Sisulit, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iştirak ediblər.