ABŞ prezidenti Co Bayden Amerika liderinin seçkilərində nə vaxt səs verəcəyinə hələ qərar verməyib.
Bunu Ağ Evin sözçüsü Karine Jan-Pyer brifinqdə deyib.
“Prezident səs verəcək. Hadisələri qabaqlamaq istəmirəm, hələ bilmirik, məlumat alan kimi sizinlə paylaşacağıq”, - Ağ Ev rəsmisi vurğulayıb.