Infoteka.az
Sosial

Bloqer Hüseynin adından şəhid qardaşına qarşı DƏLƏDUZLUQ - AUDİO

Uşaq evində böyüyən şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədova qarşı dələduzluq edilib.

Bununla bağlı Sənan Əhmədov ”Unikal”a açıqlama verib:

“Bu gün səhər mənə zəng gəldi ki, bir nəfər var, bloqer Hüseyn Həsənovun adından bizə yardım etmək istəyir. Nömrəmi vermək üçün icazə istədilər. Mən də dedim ki, problem yoxdur, nömrəmi verin. Daha sonra həmin adam mənə zəng etdi. Kartla bağlı bəzi məlumatları soruşdu. Mən də onun soruşduqlarını dedim. Daha sonra isə kartımdan pul çəkildiyini gördüm. Bankla əlaqə saxlasam da, bildirdilər ki, sizi aldadıblar.

Sadəcə əsas məsələ odur ki, ehtiyac üzündən insan belə vədlərə inanmağa məcbur qalır. Kartdan dəqiq nə qədər məbləğdə pul çəkildiyini bilmirəm. Pul xarici valyuta ilə çıxarılıb”, - deyə o bildirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, məsələ nəzarətə götürülüb:

“Hazırda araşdırma aparılır. Nəticəsi barədə məlumat veriləcək”

 

Infoteka.az