ABŞ Kiyevi “ATACMS” taktiki ballistik raketləri kimi uzaq mənzilli silahlarla təmin etmək və ya Rusiyanın dərinliklərinə zərbələr endirmək siyasətini dəyişməyib.
Bu barədə brifinqdə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinqx bildirib.
“Bizim Rusiyaya uzaq məsafədən zərbələr endirmək və Kiyev üçün “ATACMS” kimi silahlardan istifadə etməklə bağlı siyasətimiz dəyişməyib”, - deyə Sinqx bildirib.