Infoteka.az
Hadisə

Baltimorda körpünü dağıdan şəxs şəhərə 102 milyon dollardan çox pul ödəyəcək

Amerikanın Baltimor şəhərində körpünü dağıdan gəmi sahibləri ABŞ federal hakimiyyət orqanlarının mülki iddiasını həll etmək üçün 102 milyon dollardan çox təzminat ödəməyə razılaşıblar.

Bu barədə Associated Press ölkənin Ədliyyə Nazirliyinə istinadən məlumat yayıb.

Pul ərazinin təmizlənməsinə sərf olunacaq.

Qeyd edilir ki, müqavilənin məbləği körpünün bərpası xərclərini ödəmir.

Məlumata görə, körpünün yenidən tikintisinə 2 milyard dollar xərclənə bilər.

Infoteka.az