Infoteka.az
Hadisə

Livan İsrailə 15 raket atıb

Livan ordusu İsrailin şimal bölgələrini raket atəşinə tutub.

Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hərbçilər Livan ərazisindən təxminən 15 raketin atıldığını aşkarlayıb və buna görə Qərbi Qalileyanın bəzi ərazilərində hava hücumu xəbərdarlığı elan edilib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Infoteka.az